“Qarabağ” – “Roma” matçının 42 min bileti satılıb

  • By admin
  • 18 Sentyabr 2017 17:47

qarabag1505741959

““Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Artıq bu qarşılaşmaya satılan biletlərin sayı 42 000-ə çatıb”.

Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

“Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletlərlə bağlı indiyə kimi hansısa şikayətlər daxil olmayıb, buna əsas da yoxdur. Artıq yaxın məntəqələrdə, onlayn satışda  insanlar öz istədikləri yerlərə rahatlıqla bilet ala bilərlər. Əvvəllər insanların istədikləri yerlər ilə bağlı  müəyyən narazılıqlar olurdu. Bu da normaldır”.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Satış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Gununsesi.info