
Azərbaycanda seçkilər yaxınlaşdıqca mənfur qüvvələr yenidən fəallaşmaqda, ən alçaq təxribat əməllərinə əl atmaqdadırlar.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli Milli Məclisdə regional məsələlər üzrə komitəsinin bu gün keçirilən iclasında deyib.
Millət vəkili son dövrlərdə yenidən bəzi qüvvələrin Azərbaycanı hədəf seçərək, qarayaxma kampaniyasına başlamasından narahatlığını dilə gətirərək, adıçəkilən qüvvələri ölkədə sabitliyi pozmaqda ittiham etdi.
Millət vəkili bu qüvvələrin Azərbaycanda seçkilər yaxınlaşdıqca fəallaşdığını və Azərbaycan xalqını anti-Azərbaycan dairələrinə qarşı birləşməyə, səfərbər olmağa çağırıb. “Həmin mənfur qüvvələr yenidən fəallaşmaqda, ən alçaq təxribat əməllərinə əl atmaqdadırlar. Onlara imkan, fürsət vermək olmaz. Azərbaycan xalqı öz gələcəyi, inkişafı, xüsusən də, yaşadığı stabilliyi, təhlükəsizliyi naminə həmin qüvvələrə qarşı sıx birləşməli və onlara qarşı birgə mübarizə aparmalıdır. Bu, hər birimizin borcu və vəzifəsidir. Heç kəs bu məsələdə kənarda seyrci qalmamalıdır”- deyə, Fəzail İbrahimli bildirib.
Mürtəza
Gununsesi.info










