3.4 milyonu ələ keçirlən dələduzlar məhkəmə qarşısında

  • Müəllif: admin
  • 22 İyul 2016 19:33
1423748609_mehkeme-2
Bakıda vətəndaşın 3 milyon 400 min dollarını ələ keçirənlər məhkəmə qarşısına çıxarılıb.  Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi məhkəmə proesesi başlayıb.
Prosesə hakim Tamella Nəsrullayev sədrlik edib. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin davamında L.Abdullayevin vəkili Bəxtiyar Hacıyev vəsastətlə çıxış edib. Vəkil müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirlməsini istəyib.
Dövlət ittihamçısı və zərərçəkmiş Tofiq Zülfüqarov cinayət işi ilə tanış olmadıqlarını bunun üçün vaxt istəyiblər.
Məhkəmə iclası iyulun 29-na təxirə salınıb.
 Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımov saxlanılıb.
Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T. Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittihma olunublar.