Gömrükdə 8600 qanunsuz siqaret aşkarlandı

  • Müəllif: admin
  • 25 Sentyabr 2017 16:18

Marketing-mix-of-Marlboro
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info