Min iki yüz əsgər sərbəst buraxıldı

  • Müəllif: admin
  • 23 İyul 2016 13:01

esger

 

 

Türkiyə prokurorluğu dövlət çevrişinə cəhdə görə saxlanılan 1200 əsgərin azadlığa buraxılması haqda qərar verib.

Gununsesi.info xarici KİV-ə istinadən bildirir ki, iyulun 15-də hərbi üsyançılar Türkiyə hakimiyyətini devirmək üçün bir sıra binanı ələ keçiriblər.

 

Qarşıdurmalar zamanı prezident Rəcəb Tayyib Ərdoğana loyal hərbçilər dövlət çevrilişinə cəhdin qarşısını alıb.

Hərbi toqquşmalar nəticəsində 300-ə yaxın adam həlak olub, onların arasında 100-ə yaxın üsyançı da var.

 

Dövlət çevrilişinə cəhd ordu sıralarında, o cümlədən məhkəmə sistemində çoxsaylı həbslərəsəbəb olub.

Bu gün isə araşdırtma nəticəsində üsyanda iştiraklarına görə şübhəli bilinərək saxlanılan 1200 əsgərin azadlığa buraxılması haqda qərar verilib.

 

Gununsesi.info