Şəhidin medalı ailəsinə verilib - FOTO

  • By admin
  • 23 İyul 2016 12:56

samir

 

Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Samir Ziyəddin oğlu Kaçayevin layiq görüldüyü “İgidliyə görə” medalı ailəsinə təqdim edilib. Gununsesi.info-nun məlumatına görə, Şamaxı rayon İcra Hakimiyyətində bu məqsədlə mərasim keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Şamaxı RİH başçısı Asif Ağayev çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurları diqqətə çatdırıblar. Şəhidin layiq görüldüyü medal onun atası Ziyəddin Kaçayevə təqdim olunub. Tədbirdə aprelin əvvəlində ordumuzun uğurlu döyüş əməliyyatlarından bəhs edən film də nümayiş edilib. Qeyd edək ki, Samir Kaçayev cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi.

 

sehid