Azərbaycanda maaş və pensiyalar artırılır?

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 16:06

59afd51b22354_1 manat pull

“2018-ci ildə əməkhaqqı və pensiyalarda artımlar gözlənilir”.

Gununsesi.info xəbər verir ki, bunu azvision.az-a iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əməkhaqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.

“2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsir göstərəcək. Bu səbəbdən gələn il maaş və pensiyada artımlar gözlənilir”.

V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.

Gununsesi.info