Elmar Məmmədyarov Gürcüstana gedir

  • Müəllif: admin
  • 07 Oktyabr 2017 14:00

elmar-memmedyarov1

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfəri planlaşdırılıb.

Diplomatik mənbələrdən Gununsesi.info-ya verilən məlumata görə, Məmmədyarov bu gün Tiflisə yola düşəcək.

Nazir sabah Tiflisdə GUAM-ın 20 illiyinə həsr olunmuş toplanıtda iştirak edəcək. Tiflisdə GUAM-a üzv ölkələrin XİN başçılarının görüşündə bir sıra məsələlər, xüsusən də üzv ölkələr arsında iqtisadi-ticari, tranzit əlaqələrin inkişaf etdirilməsi, humanitar sahədə əməkdaşlığı genişləndirmək planlaşdırılır. Tədribin yekununda Bəyannnamə imzlanacaq.

Səfərə çərçivəsində Məmmədyarovun Gürcüstan rəsmiləri və toplantıda iştirak edən digər həmkarları ilə də görüşü nəzərdə tutulur.

Mürtəza 

Gununsesi.info