2018-ci ilin dövlət büdcəsi 20 milyard manata yaxın proqnozlaşdırılır

  • Müəllif: admin
  • 09 Oktyabr 2017 14:20

budce_1422305160

2018-ci ilin dövlət büdcəsi 20 milyard manata yaxın proqnozlaşdırılır

2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın proqnozlaşdırılıb.

Gununsesi.info bunu Milli Məclisə yaxın mənbədən əldə edib.

Əldə olunan məlumata görə, gələnilin icmal büdcısində neftin bir bareli 45 dollardan hesablanacaq. Xərclərin 35 faizi sosial müdafiəyə, 35 faizi investisiya xərclərinə, 15 faizinin isə hərbi xərcələrə yönələnəcəyi gözlənilir.

Xatırladaq ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,2 milyard manat, xərcləri isə 16,9 milyard manat məbləğində təsdiqlənib. Bu ilin büdcəsində neftin 1 bareli 40 dollardan hesablanıb.

Vüsalə

Gununsesi.info