Polis əməkdaşı intihar etdi

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 09:36

intihar

Gununsesi.info xəbər verir ki, Şəkidə polis əməkdaşı intihar edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Dörd atası olan Həsrət Əliyevin intihar etməsi məlum olub.

Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Gununsesi.info