Bankomatların sayı günü-gündən azalır

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 09:42

bankomat

Gununsesi.info xəbər verir ki, 2017-ci il sentyabrın 1-nə Azərbaycanda quraşdırılan bankomatların sayı 2 495 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu, cari ilin iyul ilə müqayisədə 10 ədəd və ya 0,4% az, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 51 ədəd və ya 2% azdır.

Cari ilin sentyabrın 1-nə bankomatların 1353-ü (keçən ilə nəzərən 3,4% azalma ilə) Bakı şəhərində, 1142-si (keçən ilə nəzərən 0,3% azalma ilə) isə digər şəhər və rayonlarda yerləşir.

Gununsesi.info