Liseyin 5-ci sinif şagirdləri BDU-da - FOTOLAR

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 19:28

qenc_istedadlar_111017_02

Bakı Dövlət Universiteti (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 5r sinfinin şagirdləri universitetdə olublar.

Gununsesi.info xəbər verir ki, universitetdən verilən məlumata görə, liseyin təşkilatı işlər üzrə direktor müavini Məleykə Bayramova və sinif rəhbəri Zəhra Qasımovanın rəhbərliyi ilə şagirdlər universitetin muzey, laboratoriya, idman kompleksinə baş çəkiblər.

Şagirdlərə 98 illik tarixi olan BDU haqqında məlumat verilib, ümummilli lider Heydər Əliyevin təhsil aldığı universitetin uğurlarından danışılıb.

qenc_istedadlar_111017_01

 

qenc_istedadlar_111017_02

 

qenc_istedadlar_111017_03

 

qenc_istedadlar_111017_04

Gununsesi.info