47 yaşlı qadın qətlə yetirilib - GƏNCƏDƏ

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 23:52

qetl1

Gəncədə qətl hadisəsi törədilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı binada qeydə alınıb.

Həmin binada olan mənzillərin birində şəhər sakini 1970-ci il təvəllüdlü Gülmira Səfixanovanın meyiti aşkarlanıb. Məlumata görə, qadının bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info