Sumqayıtda 2 körpənin həyatı xilas edildi

  • Müəllif: admin
  • 27 Oktyabr 2017 08:30

Sumqayıtda köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas edilib. 

Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbindən mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.

Gununsesi.info