Milli Şura növbəti mitinqini keçirdi

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 16:00

Bakıda, “İnşaatçılar” metrostansiyasının yanındakı “Məhsul” stadionunda Milli Şuranın təşkil etdiyi növbəti mitinq keçirilib.

Gununsesi.info xəbər verir ki, mitinq saat 15:00-dan 17:00-a qədər təyin edilib və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Lakin mitinq nəzərdə tutulduğu vaxtdan təxminən yarım saat gec başlayıb.

Qeyd edək ki, mitinqdə siyasi məhbuslara azadlıq və başqa tələblər irəli sürülüb. Aksiyanın əsas şüarı “Talana və yalana son”dur.

Gununsesi.info