
İran ərazisində Astara-Astara dəmir yolu üzrə aparılan əməliyyatlar başa çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, ümumi uzunluğu 2 225 metr olan dəmir yolu xəttinin çəkilişi hər iki ölkənin sərhəddində tamamlanıb.
Qeyd edək ki, beynəlxalq əhəmiyyətə malik olan bu dəmir yolu xətti iki ölkənin dəmir yolu sistemini birləşdirəcək.
Gununsesi.info












