Tramp terroristin edam edilməsini tələb edir

  • Müəllif: admin
  • 02 Noyabr 2017 09:50

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Nyu-Yorkda avtomobili velosiped sürən şəxslərin üzərinə sürmüş Özbəkistan vətəndaşı Sayfullo Saipovun edam edilməsini tələb edib.

Gununsesi.info xəbər verir ki, ABŞ lideri bu barədə özünün Twitter səhifəsində yazıb: “8 nəfərin ölümünə səbəb olmuş o terrorçu ölümə layiqdir”.

Qeyd edək ki, həmin hadisə Manhettendə baş verib və avtomobilin velosiped yoluna çıxması nəticəsində 8 nəfər həlak olub, daha 12 nəfər ağır xəsarətlər alıb.

Gununsesi.info