
Ermənilər haqqında tarixdə çox yazılıb və bu xalqın hansı xarakterə malik olduğu, kiməsə özünü dost kimi qələmə verib, arxadan vurduğu zərbə demək olar ki, bu gün dünyanı idarə edən böyük güclərə bəllidir. Məhz ona görə də bu güclər ermənilərin bu xarakterini bildiyindən ancaq öz məqsədləri üçün istifadə edir. Hətta uzun əsrlər boyu onunla müttəfiq münasibətdə olan ölkələr belə, öz maraqları naminə Ermənistanı saya salmır və ondan ancaq intim münasibətlərdə istifadə olunan alət kimi istifadə edirlər.
Bunun bariz nümunəsini elə son günlərdə Cənubi Qafqazda bölgənin gələcək inkişafı, təhlükəsizliyi baxımından tarixi layihələrin reallaşması ilə bağlı keçirilən toplantıları qeyd etmək yetərlidir. Elə son 3 gün ərzində iki mühüm hadisəni, oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmiryol xəttinin rəsmi açılışını, ardınca noybarın 1-də Tehranda Azərbaycan-Rusiya-İran prezidentlərinin regionun gələcək iqtisadi inkişafı və təhlükəsizliyi baxımından önəmli rol oynayacaq “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşaması ilə bağlı keçirilən Zirvə görüşü dediklərimizə sübutdur. Baxmayaraq ki, Ermənistan və onun müttəfiqləri hesab edilən ölkələr bir zamanlar bu layihələrin reallaşmasına elə də maraq göstərmirdilər və yeri gəldikcə buna mane olurdular. Lakin Azərbaycanın yürütdüyü çevik siyasət və aktiv iştirakı nəticəsində bu mühüm tarixi əhəmiyyətli layihələr reallaşmağa başladı. Əgər Azərbaycan indiyədək digər iqtisadi və enerji layihələri ilə işğalçı Ermənistanı bu layihələrdən kənarda qoyurdusa, daha sonra Azərbaycan logistik layihələrlə bağlı təşəbbüsü ələ alaraq logistik qovşaq rolunu oynayan ölkəyə çevrilməklə Ermənistanı oyundankənar vəziyyətə salmaq siyasətini yürütməyə başladı. Artıq bu siyasət öz bəhrəsini verməkdədir. Bu layihələrin reallaşması zamanı Ermənistanın müttəfiqi və onunla çox yaxın ölkələr belə İrəvanın ciddi cəhdlərinə baxmayaraq, onların mövqeyini nəzərə almadan, Ermənistana arxa çevirərək Azərbaycanla çox yaxından işbirliyi şəraitindədirlər. Azəbaycan bu ölkələrə birgə bölgə üçün mühüm əhəmiyyətə malik logistik, tranzit yükdaşımlarla bağlı beynəlxalq nəqliyyat dəhlizlərini reallaşdırırlar.
Azərbaycan bununla da Ermənistanı bölgədə həyata keçirilən bütün əhəmiyyətli layihələrdə iştirakdan oyundankənar vəziyyətə qoymaqla, onu bölgədə əhəmiyyətsiz bir coğrafi məkana çevirməkdədir. Azərbaycan demək olar ki, artıq bu niyyətinə nail olmaqdadır.
Artıq Azərbaycanın həyata keçirdiyi siyasət geniş erməni cəmiyyəti tərəfindən də dərk edilməkdədir. Ermənilər artıq hansısa qüvvələrin əlində bir alət olduğunu və kimlərinsə maraqlarına xidmət etdiklərinın acı bədəlini ödədiklərinin fərqində olduğunu anlayırlar və daha dərin mənada anlamaqdadırlar. Ermənilər onu da dərk etməkdədirlər ki, onların nəticəyə hesalanmayan işğalçılıq siyasəti sonda onların nəinki bir ölkə kimi məhvinə gətirib çıxaracaq, eyni zamanda bir toplum kimi bölgədən gedişinə şərait yaradacaq. Necə ki, bu proses getməkdədir. Son illərdə Ermənistan adlanan coğrafı məkanı ildə on minlərlə insan tərk etməkdədir. Ancaq heç də hər şey gec deyil və zərərin yarısından geri qayıtmaq da olar. Buda işğalçılıq siysətindən geri durmaq. Lakin erməni xisləti buna imkan vermir. Elə bu xislət də onları məhvə sürükləyir…
***
Bakı-Tiflis-Qars dəmir yol xəttinin rəsmi açılışından sonra noyabrın 1-də Tehranda “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması ilə bağlı Azərbaycan-Rusiya-İran prezdentlərinin Zirvə toplantısı erməni cəmiyyətinə daha böyük sarsıdıcı zərbə oldu. Zirvə görüşündə qəbul edilən bəyannamədə üç dövlətin elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinin həyata keçirilməsinə dəstəyin ifadə edilməsi, Moskva, Tehran və Bakı ticarət və iqtisadi əlaqələri daha da intensivləşdirmək kimi məsələlərin yer alması İrəvana çox böyük sarsıdı zərbə oldu. Bəyannamədə belə bir niyyətin əks olunması ermənilərin gələcəklə bağlı ümidlərinin bir daha boşa çıxmasını ortaya qoydu. Çünki İrəvanda hakimiyyətə yaxın dairələr Bakı-Tiflis-Qarsdan sonra erməni cəmiyyətini sakitləşdirmək və onlara ümid vermək məqəsdi ilə Rusiya-Gürcüstan-Ermənistan-İran dəmiryol xəttini, avtomobil yolu və elektrik enerjisi şəbəkəsinin birləşdirilməsi kimi ideyaları irəli sürüblər. Lakin Tehran görüşüb İrəvanın bu fikirlərini də tamamilə alt-üst etdi. Və bu ideyanın gercəkləşməsini bir xəyali arzuya çevirərək tarixin arxivinə və qəbr evinə yolladı.
Prezidentlərin üçtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, ” Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün avtomobil yolları, və hava nəqliyyatı sahəsində əməkdaşlıq sahəsində dövlət başçıları tərəfindən ortaq rəyə gəlinməsi müsbət hadisədir.
Tehran görüşü təkcə bölgədə iqtisadi əlaqələrin, təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından deyil, eyni zamanda regiondakı münaqişələrin həll olunması baxımından mühüm əhəmiyyət kəsb edən Zirvə toplantısı kimi dəyərləndirmək lazımdır.
Prezidentlərin Tehran görüşündə həll olunmamış münaqişələr, xüsusən də Ermənistanın Azərbaycan torpaqlarını işğal məsələsinin gündəmə gətirlərək və bu problemin həlli ilə bağlı Bəyannamədə öz əksini tapması baxımından mühüm böyük önəm daşıyır. Dövlət başçıları Cənubi Qafqaz bölgəsində həll olunmamış münaqişələrin regional əməkdaşlıq üçün əhəmiyyətli maneə olduğunu təsdiqləyərək, münaqişələrin beynəlxalq hüquq prinsipləri və normalarına uyğun olaraq, qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıblar.
Dövlət başçıları həmçinin terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin zəruriliyini qeyd ediblər.
“Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır”.
Yəni Azərbaycanın Ermənistanla çox yaxın olan ölkələrə görüşdə belə bir məsələni təkidlə gündəmə gətirərək və imzalanan sənədə saldırması Qarabağ münaqişəsinin həllinə ümidləri artırır. Bax Tehran görüşünün yekunu bu baxımdan da əhəmiyyətli və nəticəli hesab etmək olar. Son olaraq onu demək olar ki, Azərbaycan-Rusiya-İran prezdentlərinin Tehran görüşünu Ermənistanı nəinki oyundankənar vəziyyət salan görüş kimi, eyni zamanda ermənilərin gələcəklə bağlı ümidlərini, arzularını qəbrə gömən bir görüş kimi dəyərləndirmək lazımdır.
Mürtəza Bünyadlı
Gununsesi.info












