Sumqayıtda meyit tapıldı

  • Müəllif: admin
  • 02 Noyabr 2017 13:35

Sumqayıt şəhərində 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, mənzilin qapısının açılmasını təmin ediblər.

Mənzilə baxış zamanı, 1950-ci il təvəllüdlü Çeşmə Əbilovanın cəsədi və yataq xəstəsi olan 1 nəfər vətəndaş aşkar olunub.

Köməksiz vəziyyətdə qalmış vətəndaşa müvafiq köməklik göstərilib, Ç. Əbilovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info