Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

  • Müəllif: admin
  • 02 Noyabr 2017 13:55
“Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm”.
Gununsesi.info-nun məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş Moskvada olacaq: “Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm”.
Gununsesi.info