“Bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir”.
Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deputat Gövhər Baxşəliyev deyib.
Deputat bunun təhlükəli hal olduğunu vurğulayıb:
“Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik”.
Gununsesi.info