Neftin bahalaşması xarici ticarətdəki böhranı XİLAS ETDİ

  • Müəllif: admin
  • 16 Noyabr 2017 10:50

Bu ilin on ayı ərzində Azərbaycanın xarici dövriyyəsinin həcmi 11.6 faiz artıb. 

Gununsesi.info bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Yanvar-oktyabr ayının statistikasına görə, ticarət əməliyyatlarının həcmi 16.01 milyard dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 milyard dollar çoxdur.

İdxalın həcmi 6.9 milyard dollar olmaqla, demək olar ki, dəyşiklik yoxdur. Artım əsasən, ixracda müşahidə edilir. Belə ki, bu ilin on ayında ixrac əməliyyatının həcmi 9.05 milyard dollar olub. Bu da ötənilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb.

Xarici ticarət dövriyyəsində müsbət saldo 2 milyard dollar təşkil edib.

Hesabat incələdikdə ixrac sektorunda artımın daha çox dövlət sektorunda müşahidə olunduğunu görmək olur. Belə ki 2016-ci ilin yanvar-oktyabr ayları və 2017-ci olin eyni dövründə ixrac əməliyyatlarında sturktur aşağıdakı kimi olub:

                                              2016-ci il                         2017-ci il

Dövlət sektoru                   5.6 milyard                     7.2 milyard

Özəl sektor                         1.3 milyard                     1.7 milyard

Fiziki şəxslər                       189.2milyon                   161 milyon

Görünyüdü kimi,  xarici ticarət dövriyyəsində ixracın 80 faizi dövlət sektorunun üzərinə düşür. Təbii ki, bunun da başlıca səbəbi ixrac məsulumuzun əsasən, neft və neft məhsullarından ibarət olmasıdır. Əslində, statistik hesabatı incələdikdə xam neftin ixracda həcmi 0.3 faiz azaldığını görmək olur. Artım dəyər ifadəsində özünü göstərir. Bunun da başlıca nədəni neftin dünya bazarındakı qiymətinin ötən illə müqayisədə təqribən 20 dollar baha satılmasıdır. “Qara qızl”ın bahalaşması Azərbaycanın ticarət əməliyyatında öz müsbət təsirini göstərib. Təəssüf ki, eyni nəticəni qeyri-neft sektorunda görə bilmirik. Hətta fiziki şəxslərin ixracdakı payı 15.2 faiz azalıb.

Vüsalə Rüstəmova

Gununsesi.info