Ödənişli və özəl yol tikintisi ilə bağlı məsələ parlamentdə müzakirə olunacaq

  • Müəllif: admin
  • 17 Noyabr 2017 10:52

Milli Məclis ödənişli və özəl yol tikintisi ilə bağlı məsələni müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçiriləcək plenar iclasında respublika ərazisində ödənişli yollar, ödənişli yolların müəyyən edilməsi və özəl yolların tikintisini ilə bağlı “Avtomobil yolları haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər müzakirə ediləcək.

Belə ki, “Avtomobil yolları haqqında” Qanuna aşğıdakı dyişikliklər nəzərdə tutulur. Qanunun 1. 19-1-ci maddə üzrə; 1.2. üçüncü hissə aşağıdakı redaksiyada verilməsi təklif olunur:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı təsdiq edir”.

2.19-2-ci maddə üzrə:

2.1. birinci hissənin aşağıdakı redaksiyada verilməsi təklif olunur:

“Avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomagistralın tikilməsi barədə qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir”;

2.2. dördüncü hissənin ikinci abzasında “ödənişli” sözündən sonra “bələdiyyə və ya özəl” sözləri əlavə edilməsi təklif olunur;

2.3. beşinci hissədə “Avtomobil” sözü “Bələdiyyə və ya özəl avtomobil” sözləri ilə əvəz edilməsi təklif olunur;

2.4. altıncı hissə aşağıdakı redaksiyada verilməsi təklif olunur:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir”;

2.5. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilməsi təklif olunur:

“Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş bələdiyyə və ya özəl avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar bələdiyyə və ya özəl avtomobil yolunun sahibi tərəfindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumat isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yolun istifadəsinə 30 gün qalmış kütləvi informasiya vasitələrində yayımlanmalıdır”.

3.19-3-cü maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir”.

4.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi hallarını və qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir”.

Müzakirələr zamanı parlamentarilər  qanuna dəyişikliklə bağlı öz mövqelərini bildirəcək.

Mürtəza

Gununsesi.info