SOCAR qazın maya dəyərinin bahalaşdığını iddia edir

  • Müəllif: admin
  • 17 Noyabr 2017 10:46

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ötən il hasil etdiyi qazınmaya dəyəri ondan əvvəlki ilə nisbətən 17.7 faiz artıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

İ.Şaban qeyd edir ki,  2016-cı ildə SOCAR-ın yataqlarından qaz hasilatının maya dəyəri 2015-ci illə müqayisədə  hər 1 min kubmetr üçün 46,77 manatadək artıb.: “Maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi 9.9 faiz, sosial sığortalara ayırmalar 2 faiz, amortizasiya ayırmaları 29,4 faiz, təmir xərcləri 6,5 faiz, texniki xidmət xərcləri 4,3 faiz, material xərcləri 3,2 faiz mədən vergisi 13,2 faiz, nəqliyyat xərcləri 17,2 faiz təşkil edir. Qalan göstəricilər digər xərclərin payına düşüb”.

Hesabata əsasən, 2016-cı ildə “Azneft” İB (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) tərəfindən qaz hasilatı 2015-ci illə müqayisədə 8,6 faiz– 5 mlrd. 620,6 mln. kubmetrədək azalıb. İ.Şaban xatırladır ki, 2015-ci ildə SOCAR- ın hasil etdiyi 1000 kub metr qazın faktiki istehsal maya dəyəri 39,74 manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə  6,8 faiz artıq olub.

Vüsalə

Gununsesi.info