Türkiyədə məscid inşaatında uçqun – Ölən və yaralananlar var

  • Müəllif: admin
  • 17 Noyabr 2017 19:59

Türkiyənin Trabzon şəhərinin Akçaabad qəsəbəsində tikilməkdə olan məsciddə uçqun baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 1 nəfər dağıntılar altında qalaraq ölüb.

7 işçi isə müxtəlif dərəcələri bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Uçqunun səbəbi ilə bağlı araşdırma aparılır.
Gununsesi.info