Bakıda intensiv yağış, rayonlarda isə qar yağacaq - XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 29 Noyabr 2017 12:35

Bakı və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə  2-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi  rütubət  75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda  sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  0-5° isti, gündüz  7-11° isti, dağlarda gecə 3-8° şaxta,  gündüz  1-6° isti olacağı gözlənilir.

Gununsesi.info