Sumqayıtda da ödənişsiz “Wi-Fi” olacaq

  • Müəllif: admin
  • 04 Dekabr 2017 16:16

Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Gununsesi.info bildirir ki, bu barədə trend-ə “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib.

Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”

Qeyd edək ki, “Bakı telefon rabitəsi” MMC Bakı şəhərinin ərsizində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması ilə məşğul olur. Bugünədək paytaxtın 17 parkının ərazisində bu cür şəbəkələr yaradılıb.

Gununsesi.info