Nazirlik turistlərə MÜRACİƏT ETDİ

  • Müəllif: admin
  • 05 Dekabr 2017 13:36
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Parklara onlayn bilet satışı ilə bağlı turistlərə müraciət edib.
ETSN-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, ölkədə 9 Milli Park – Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı fəaliyyət göstərir.
ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.
Nazirliyin Elektron xidməti vasitəsilə bu linkə (e-xidmet.eco.gov.az/index.php?lang=az&sectionid=3) daxil olaraq Milli Parklara onlayn bilet əldə etmək mümkündür.
Gununsesi.info