
Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edib.
Gununsesi.info xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib.
“Bu andan etibarən, biz fələstinlilər olaraq, sülh prosesinin irəliləməsi işində ABŞ-ın vasitəçilik missiyasından imtina edirik. Yeni dövr başlayır, biz ABŞ-ın bu mövqeyini tamamilə rədd edirik və hüquqlarımıza riayət olunmasına nail olmaq niyyətindəyik”, — deyə o bildirib.
Gununsesi.info











