Şaxta baba olmaq üçün müraciət edənlərin sayı açıqlandı

  • By admin
  • 08 Dekabr 2017 11:22

Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə  açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: “Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.

Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.

Gununsesi.info