
Möhtəşəm festivala sayılı saatlar qaldı.
İnsanlara könül xoşluğu, xoş əhval ruhiyyə bəxş edən bütün yeni-adət ənənələr alqışa layiqdir. Sabah daha bir möhtəşəm ənənənin təməli Lənkəranda qoyulacaq. Ölkədə ilk dəfə məhz Lənkəranda “Çay, çəltik və sitrus festivalı” keçiriləcək. Festivala hazırlıq işləri tamamlanmaq üzrədir. Artıq festivalın keçiriləcəyi şəhərin mərkəzi Heydər Əliyev xatirə parkı bayram libasında, lənkəranlılar bayram ovqatındadır. Xüsusi dizaynerlərin quruluş verdiyi povilyonlarda bu diyarın insan zəhməti ilə hasilə gəlmiş nemətləri və bu nemətlərdən hazırlanmış cənub mətbəxi nümunələri həm sərgilənəcək, həm də festifal iştirakçılarına təqdim olunacaq. Nələr təqdim olunacaq? Bax, bunları xırdalamırıq, özünüz gəlin, görün! Xan Lənkəran qonaqpərvərliklə yolunuzu gözləyir.
Festival məkanını unutsanız da eybi yoxdur-çal-çağır sədaları şəhərin hər yanından eşidiləcək. Lazımdır ki, məhsul bayramının vaxtını unutmayasınız. 19 dekabr saat 11-də festival start götürəcək. Sürprizlərlə dolu festival, Xan Lənkəran yolunuzu gözləyir-xanlara layiq bayram tədbirində iştirak şansınızı qaçırmayın!

Esmira İsmayılova
Bakı-Lənkəran
Gununsesi.info












