
ABŞ qlobal təhlükəsizlik strategiyasını açıqlayıb. 70 səhifəlik sənəddə Trampın seçkiöncəsi vədlərinin bir qismi öz əksini tapıb.
Gununsesi.info xəbər verir ki, sənəddə Rusiya, Çin, İran, Şimali Koreya ABŞ-a və qlobal təhlükəsizliyə ciddi təhdid hesab olunur.
“CNN İnternational”a Trampın yeni qlobal təhlükəsizlik strategiyasını dəyərləndirən beynəlxalq təhlükəsizlik analitiki Peter Bergen bildirib ki, ABŞ bununla da bütün gücünü böyük bir savaşa yönəltməklə bu ölkələri geri otuzdurmağa və onların cəsarətini qırmağı planlaşdırır: “Trampın bu strategiyası “sülhü güc yolu” ilə siyasətinə üstünlük verdiyinə işarədir”.
Sənəddə dünya üçün ən böyük təhlükənin Rusiyanın olduğunun qeyd olunması Ağ Evin Rusiya ilə bağlı hələ bundan sonra da sərt sanksiyalarının olacağını göstərir.
Trampın təqdim ediyi sənəddə Çinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Sənəddə Çin ABŞ-ın fikir ideyalarını, iqtisadi layihələri ilə bağlı ideyalarını oğurlamaqda ittiham olunur və buna görə də bu ölkənin vətəndaşlarına qarşı vizanın tətbiqinin mürəkkəbləşdirilməsi, məhdudlaşdırılması öz əksini tapıb. Bu isə ABŞ-da təhsil alan 300 mindən artıq çinli tələbəyə öz mənfi təsirini göstərəcək.
Sənəddə eyni zamanda, Çini dünyanın ən böyük ordu büdcəsinə malik, müxtəlif çeşidli nüvə cəbbəxanasının olması və bölgədə sürətli silahlanmaya yol açmaqla beynəlxalq qaydalara sayğısızlıq nümayiş etdirərək, ABŞ-ın qarşısını alması kimi məsələlər əksini tapıb.
Əvvəlki sənədlərdən fərqli olaraq Trampın qlobal təhlükəsizlik strategiyasında Pakistana yönəlik kəskin mövqeyin yer alması diqqət çəkən məqamlardan biridir. Sənəddə radikal terror təşkilatlar kimi İŞİD və Əl-Qaidə yer alıb.
Tramp Pakistanı terror təşkilatlarını, xüsusən də Talibanı dəstəkləməkdə ittiham edib.
Tramp hakimiyyəti Obama hakimiyyətindən fərqli olaraq dünya üçün ciddi problemlərdən olan qlobal iqlim dəyişikliyini arxa plana atıb və ümumiyyətlə bu məsələ ilə bağlı mövqeyi sənəddə əks olunmayıb. Obamadan fərqli olaraq Tramp Paris İqlim Sazişindən çıxdığını bəyan edib.
Gununsesi.info











