
Kürdəmir rayonunda inzibati binada yanğın baş verib.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 240 kv.m olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 kv.m sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Gununsesi.info












