
Vatikanda Roma Papası I Fransisklə İordaniya Kralı II Abdulla arasında görüş keçirilib.
Gununsesi.info xəbər verir ki, görüş zamanı ABŞ-ın Qüdslə bağlı qərarından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi əsas müzakirə mövzusu olub.
Qeyd edək ki, II Abdulla 1979-cu il İsrail-İordaniya sazişlərinə əsasən Qüdsdəki müsəlman müqəddəs yerlərin qoruyucusu hesab olunur.
İordaniya kralı Vatikandan sonra Parisə səfəri zamanı prezident Emmanuel Makronla görüşəcək.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.
Gununsesi.info












