
Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib.
Gununsesi.info-nun məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlıq və regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu gün Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək. Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.
Gununsesi.info












