
2018-ci ildə Ermənistan və Azərbaycanda prezident seçkilərinin keçirilməsi Qarabağ problemi ilə bağlı ziddiyətləri aktuallaşdıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq məsələlər üzrə Şurasının hazırladığı “Rusiyanın xarici siyasəti: 2018-ci ilə baxış” hesabat sənədində qeyd olunub.
Hesabatda qeyd olunub ki, 2018-ci ildə Azərbaycan-Rusiya münasibətləri olduğu kimi qorunub saxlanacaq: “Azərbaycan prezidenti İlham Əliyev növbəti seçkilərdə də böyük ehtimalla öz postunu qoruyacaq. Növbəti ildə ən mühüm hadisə isə Azərbaycan, Rusiya və İran prezidentlərinin Moskvadakı Zirvə toplantısı olacaq”.
Sənəddə həmçinin, Qarabağ münaqişəsi haqqında fikirlər öz əksini tapıb. Bildirilir ki, növbəti ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkiləri Qarabağ problemi ilə bağlı ziddiyətləri aktuallaşdıracaq: “Qarabağ məsələsi ətrafında epizodik gərginləşmələrin olacağı istisna edilmir. Respublikaların yaradılmasının 100 illik yubleyi ilə bağlı keçiriləcək tədbirlər tarixi münaqişələr ətrafında interperasiyaları aktuallaşdıracaq”.
Gununsesi.info











