
Bu il haker hücumlarına görə, Rusiya iqtisadiyyatı 116 milyard rubl kapital itirib.
Gununsesi.info xəbər verir ki, bu haqda Rusiyanın Maliyyə Araşdırmaları Mərkəzi qeyd edib.
Təşkilatın analitikləri bildirir ki, bir rus şirkətinin orta itkisi 300 min rubl təşkil edib. Bu gün hər 5 şirkətdən biri haker hücumuna məruz qalır. Noyabr ayında şirkələri arasında aparılan sorğulara əsasən, böyük şirkətlərin yarısı hazırda bu problemdən əziyyət çəkir.
Kiberhücumlar zamanı vurusların 10 faizi kompaniyaların saytına, 12 faiz email poçt qutularına, 20 faizi isə pul hesablarına göndərilib.
Qeyd edək ki, keçən ay “Sberbank”ın İdarə Heyətinin sədr müavini Stanislav Kuzneçov hakerlərin vurduqları zərədən danışıb. O bildirib ki, kibercinayətlər nəticəsində Rusiya iqtisadiyyatı illik 600-500 milyard rubl, dünya iqtisadiyyatı isə 1 trilyon dollar zərər görür.
Vüsalə
Gununsesi.info











