
Dekabrın 19-da Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında ölkədə ilk dəfə keçirilən “Çay, çəltik və sitrus” festivalına maraqlı konsert proqramı ilə yekun vurulub.
Gununsesi.info xəbər verir ki, axşam saatlarında baş tutan konsertdə rayonun incəsənət ustaları ilə yanaşı, respublikanın tanınmış müğənniləri iştirak ediblər.
Populyar müğənnilərin ifa etdikləri mahnılar festival iştirakçılarına xoş ovqat bəxş edib və alqışlarla qarşılanıb.
Bir neçə saat davam edən bayram konserti festival iştirakçılarının və şəhər sakinlərinin maraqla izlədikləri atəşfəşanlıqla başa çatıb.





Gununsesi.info










