Dəhşətli cinayətin üstü açıldı - YATAQXANA KOMENDANTI 9 MƏKTƏBLİ OĞLANI ZORLADI

  • Müəllif: admin
  • 23 Dekabr 2017 13:20

Yataqxanada 12 yaşındakı 9 məktəbli oğlanı zorlayan Ömər Faruk törətdiyi bu iyrənc cinayəti etiraf edib.

Gununsesi.info “haberler”ə istinadən bildirir ki, hadisə ilə bağlı saxlanılan Ömər Faruk törətdiyi cinayəti etiraf edib və guya bu hərəkəti oğlan uşaqlarının öz razılığı ilə etdiyini qeyd edib.

Hadisə İzmirin Dikili qəsəbəsində özəl bir yataqxanada baş verib. Üç 12 yaşlı məktəblinin zorlandığı rəsmən təsdiqlənib.

Polis araşdırma zamanı saxlanılan şəxsin telefon və kompüterindən  oğlanların fotoları da tapılıb.

Gununsesi.info