“Azərsu” ASC Bakının bu ərazisini susuz qoyacaq

  • Müəllif: admin
  • 25 Dekabr 2017 11:36

“Azərsu” ASC abonentlərinə xəbərdarlıq edib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən  magistral xətlərdə  yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə –  1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info