
“Neftlə, qazla zəngin olmağımıza baxmayaraq, sosial-iqtisadi göstəriciləri nəinki Pribaltika Respublikaları ilə, heç qonşu Gürcüstanla belə müqayisəyə gətirmək olmur. Hətta Belarus, Qazaxıstan, Rusiya ilə müqayisədə də çox geriyə düşmüşük”.
Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Nemət Əliyev vurğulayıb.
Belə ki, bu ilin yanvar-noyabr aylarında real əməkhaqqı Belarusda 4,3% artdığı halda, bizdə bu göstərici 7% azalıb: “Hətta ABŞ və Avropanın sanksiyaları ilə küncə sıxışdırılan qonşu Rusiyada real əməkhaqqı göstəricisi 3,2% yaxşılaşıb.
Əsas kapitala investisiya qoyuluşu üzrə bu üç ölkənin hər biri müsbət trend nümayiş etdirib. Lakin ölkəmizdə əlverişsiz investisiya mühiti investisiya göstəricisinin ötən ilə nəzərən bu il daha da pisləşməsi ilə nəticələnib”.
“Rusiya və Qazaxıstan da neft-qaz ölkəsidir. Ancaq sənaye istehsalı bu ölkələrdə artdığı halda, Azərbaycan sənayesi hələ də tənəzzül etməkdədir. Rusiya, Qazaxıstan və Belarusda da qiymətlər ötən ilə nəzərən artıb, lakin bizdə bahalaşma daha sürətli və daha miqyaslı olub”- deyə N.Əliyev bildirib.
Vüsalə
Gununsesi.info












