Mübariz Mənsimov İlham Əliyevə məktub yazdı - PREZİDENTİ TƏBRİK EDİB

  • Müəllif: admin
  • 28 Dekabr 2017 17:24

“Palmali” Şirkətlər Qrupunun prezidenti mübariz Mənsimov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. 

Gununsesi.info xəbər verir ki, iş adamının təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Çoxsaylı kollektivimizin hər bir üzvünün adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxt və firavan həyat diləyirəm.

Fürsətdən istifadə edərək dövlətimizin hərtərəfli dayanıqlı inkişafı, beynəlxalq aləmdə Azərbaycanın yüksək nüfuzunun təmin edilməsi və xalqımızın tərəqqisi naminə gördüyünüz əvəzsiz işlərə görə Sizə minnətdarlığımı bildirir, ali vəzifədə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Mübariz Mənsimov

“Palmali” Şirkətlər Qrupunun prezidenti”

Gununsesi.info