Yollarda olan lövhələrin çoxu köhnədir, az qala sovet dövründən qalmadır - ELMİRA AXUNDOVA

  • Müəllif: admin
  • 29 Dekabr 2017 15:36

 “Yollarda olan lövhələrin çoxu köhnədir, az qala sovet dövründən qalmadır. Avropada təkbaşına səyahət edən turist heç bir çətinlik çəkmir. Bu, çox ciddi problemdir, müasir yollarımız yol ötürücüləri ilə də təchiz edilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik zamanı deyib.

Onun sözlərinə görə, hər gün yollarda baş verən dəhşətli qəzaların şahidi oluruq və ya bu barədə xəbərlər oxuyuruq: “Bu qəzaların bir çoxu yollarda yol hərəkət nişanlarının olmaması nəticəsində baş verir. Odur ki, yol nişanları sahəsindəki bu problemlər qısa zamanda aradan qaldırılmalıdır. Müasir texnologiyalardan istifadə edilməklə yol hərəkət nişanları qurulmalıdır. Hesab edirəm ki, yol hərəkət nişanlarının pis olması gələcəkdə turizmə də mənfi təsir göstərən amillərdəndir”.

Deputat Azər Badamov da yollardakı hərəkət nişanlarından şikayətlənərək deyib ki, bu sahədə vəziyyət bərbaddır: “Sadə bir misal deyim, yollara çəkilən xəttlər sanki təbaşirlə çəkilib və su dəyən kimi itir. Bu xətlər uzumüddətli deyil. Axı xətt görünməyən yolda necə hərəkət etmək olar. Məhz yollarda və magistrallarda xətlərin standartlara uyğun şəkildə çəkilməməsi nəticəsində qəzalar baş verir. Təklif edirəm ki, heç olmasa yollardakı bu xəttlər əksetdirci boyalarla rənglənsə yaxşı olar”.

Mürtəza

Gununsesi.info