
Tovuzda oğurluq olub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Hacıalı kəndində baş verib.
Gecə saatlarında kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara yoxa çıxıb. Ev sahibinin dediyinə görə, axşam heyvanların hamısı yerində olub. Səhər saatlarında isə iki baş iribuynuzlu mal-qaranın oğurlandığını görüb. M. Tağıyev dərhal Tovuz rayon Polis şöbəsinə məlumat verib. Kənd sakinin sözlərinə görə, oğru ərazini yaxşı tanıyan olub. O, yalnız kökəltmək üçün bağlanılan heyvanları seçib aparıb.
Gununsesi.info












