Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında əməkdar artist, Musiqili Teatrın mərhum aktrisası Xanım Qafarovanın qızı Gövhər Gülmalıyeva deyib.

O, ailəsi adından azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovova və millət vəkili Qənirə Paşayevaya təşəkkür edib:

“Sağ olsun Qənirə xanımı, bizi bu qarajdan qurtarmaq üçün əlindən gələni əsirgəmədi. Dünən Qənirə xanım zəng etdi ki, Mübariz müəllim sizə ev verib. Bu gün gedib evə baxacayıq. 20 günə kimi köçəcəyik. Sevincdən ölürdüm, ürəyim tez-tez atırdı, az qala nəfəsim kəsiləcəkdi. Xalama dedim ki, “ay xala, ay xala, ürəyimə bax yerində dayanmır, necə tez-tez atır”. Heyif, anam bu günü görmədi. Kaş anam da sağ olaydı, orada birlikdə yaşayardıq”.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova mərhum aktrisa Xanım Qafarovanın qızına ev bağışlayıb.

Gununsesi.info