İran bu qadağanı aradan qaldırdı

  • Müəllif: admin
  • 14 Yanvar 2018 10:28

İran hakimiyyəti “Telegram”-a girişə məhdudiyyəti aradan qaldırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hazırda İran sakinləri yenidən “Telegram” messencerindən istifadə edir.

Qeyd edək ki, 28 dekabr 2017-ci ildə İranda başlayan etiraz aksiyalarından sonra dekabrın 31-də  “Reuters” agentliyi hakimiyyətin “Instagram” sosial şəbəkəsi və “Telegram”-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. Yanvarın 7-də İran hakimiyyəti “Instagram” sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.

Gununsesi.info