Bakıda səsyazma studiyası yanıb

  • Müəllif: admin
  • 23 Yanvar 2018 08:45

Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 350 m2 olan ikimərtəbəli, mansarda tipli tikilinin (səsyazma studiyası kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 m2 sahədə və 1 ədəd qapı yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info