Hacı Zeynalabdin Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO

  • Müəllif: admin
  • 23 Yanvar 2018 12:54

Milli Azərbaycan Tarixi Muzeyinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fotosu hədiyyə edilib.

Gununsesi.info bildirir ki, muzeydən trend-ə verilən məlumata görə, foto muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.

Fotoşəklin arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb.

Fotonun arxasında H.Z.Tağıyevin öz imzası da var.