
Millət vəkili Musa Qasımlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanunu”nun 5-ci maddəsinin tələblərinə uyğun olaraq 2017-ci ildə gördüyü işlərin hesabatını verib.
Gununsesi.info xəbər verir ki, ötən hesabat ilində Milli Məclisin 24 sessiya iclası keçirilib və millət vəkili kimi Musa Qasımlı parlamentin sessiya iclaslarında 5 dəfə çıxış edib və bu çıxılarında əsasən aşağıdakı məsələləri gündəliyə gətirib:
1.Nazirlər Kabinetinin 2016-cı il üçün hesabatının müzakirəsi zamanı çıxış edən M. Qasımlı prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və hökumətin həyata keçirdiyi geniş quruculuq işlərinin aparılmasının seçicilər tərəfindən rəğbətlə qarşılandığını qeydərək, Yardımlı və Masallı rayonlarının sosial-iqtisadi inkişafına dair aşağıdakı təkliflərini söyləyib:
– Yardımlı şəhər mərkəzinə bitişik kəndlərin – Ostayır, Dəlləkli və b. o cümlədən, Osnakəran, Anzov, Hamarkənd və b. kəndlərə təbii qaz boru kəmərinin çəkilməsi.
– Masallı rayonunun Güllütəpə ərazi nümayəndəliyinə daxil olan kəndlərin qazlaşdırılması.
– Yardımlı-Bozayran-Bürzünbül-Bilnə-Vərgədüz yolunun tikintisi.
– Masallı-Yardımlı avtomobil yolunun dağıdılmış hissəsinin əsaslı təmir edilməsi.
-Yardımlı rayonunun Arvana kəndində müasir ATS-in quraşdırılması.
- Ordumuzun və dövlətimizin digər güc strukturlarının, hüquq-mühafizə orqanlarının gözdən düşürülməsi məqsədi ilə bəzi saytlarda yayılan yalan məlumatların ziyanlı olduğu və belə halların qarşısının alınmasının vacibliyini.
- “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ölkədə yüngül sənaye sahələrinin yaradılması, Yardımlı rayonunun şəhər mərkəzinə bitişik və yaxın kəndlərinin qazlaşdırılmasını və digər məsələləri təklif edib.
- Azərbaycan xalqının qəhrəmanlarının, tarixi şəxsiyyətlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin gözdən düşürülməsinə yol verilməsinin ziyanlı olduğunu vurğulayıb.
Deputat M. Qasımlı parlamentin plenar sessiyaları ilə yanaşı Milli Məclisin komitə və komissiyalarında aktiv iştirak edərək, burada müzakirəyə çıxarılan qanunlar, qanunlara dəyişiklik və əlavələr, eyni zamanda qərarlarla bağlı öz mövqeyini bildirməklə, təkliflərini də verib.
M.Qasımlı xüsuən də üzvü olduğu Elm və təhsil komitəsinin işində daha fəal iştirak edərək təhsil və elm sahəsində qanunvericlik bazasının daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini verib.
Millət vəkilinin istər parlamentin sessiyalarında, istərsə də komitələrdə səsləndirdiyi təkliflərin bir çoxu qəbul edilib. Deputatın xüsusən təmsil etdiyi Yardımlı və Masallı camaatı üçün bir sıra həyati əhəmyyət kəsb edən problemləri müsbət həllini tapıb. Məhz deputatın verdiyi təkliflər əsasında Yardımlı şəhərinə bitişik kəndələrin qazlaşdırılması 2018-ci ilin dövlət büdcəsində öz əksini tapıb. Bundan əlavə olaraq rayonun kəndlərarası yollarında abadlaşdırılması istiqamətində müsbət qərarlar verlib.
M.Qasımlı həmçinin ötən hesabat ilində sesçiciləri ilə sıx təmasda olaraq, onlarla görüşüb və üzləşdikləri problemlərlə yerindəcə tanış olaraq, seçicilərini dinləyib.
Seçicilərin bir sıra məsələlərinin elə yerindəcə həllinə nail olub.
M.Qasımlı bir deputat kimi deyil, eyni zamanda bir elm xadimi, siyasətçi kimi də ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıb və baş verən proseslərə öz mövqeyini sərgiləyib. Bu məqsədlə M.Qasımlı yerli və xarici media orqanlarında ölkədə və dümyada baş verən proseslərlə bağlı mövqe bildirib.
Deputat eyni zamanda Azərbaycanı xarici ölkələrdə və beynəlxalq təşkilatlarda keçirilən toplantılarda Azərbaycanı təmsil edərək maraqlarına uyğun fəaliyyət göstərib. Bu toplantılarda Azərbaycanın haqq səsəni dünyaya çatdırıb.
2017-ci il M.Qasımlı üçün uğurlu olub. Belə ki, M.Qasımlı 2017—ci ildə AMEA-nın müxbir üzvü seçilib. Erməni terror-siyasi təşkilatlarının, Ermənistanın Azərbaycan əleyhinə fəaliyyətlərinə həsr edilmiş “Ermeni sorunu ve büyük devletler. 1724-1920. Ankara, Astana yayınları” kitabı nəşr edilib. Bundan əlavə xarici ölkələrdə elmi məqalələri dərc olunub.
Rusiya, Türkiyə, Qazaxıstanda ,ABŞ-da, Ukraynada, Rumıniya, Gürcüstan və başqa ölkələrdə elmi toplantılarda iştirak edib.
Deputat ötən ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Şöhrət” ordeni və Qazaxıstan Elmlər Akademiyasının xatirə medalı ilə təltif edilib.
Mürtəza
Gununsesi.info











