
Rusiya Türkiyə ilə təhlükəsizlik sahəsində çox yaxın əməkdaşlıq münasibətləri qurmağa başladığı andan, Moskva əvvəlki tərəfdaşlarını saf-çürük edərək, onlarla münasibətlərinə yenidən baxmağa başlayıb.
Gununsesi.info xəbər verir ki, bu fikri “Qloballaşma və regional araşdrımalar analitik mərkəzi”-nin rəhbəri Stepan Qriqoryan İrəvanda keçirilən “Rusiyanın Ermənistanan silah satması. Ermənistan-Rusiya münasibətlərinə zərbə, yoxsa biznes maraqları?” mövzusunda keçirilən toplantıda səsləndirib.
S.Qriqoryan deyib ki, Ankara-Moskva yaxınlaşmasından sonra Kreml əvvəlki tərəfdaşları məsələsinə yenidən baxmaqdadır. “Elə son qərarlar bunu göstəricisidir. Baxın, Moskva Afrində kürdlərlə bağlı məsələdə necə addım atdı. Əgər Kremlin razılığı olmasaydı Ankara belə bir addım atmazdı”- deyə, o bildirib.
S.Qriqoryan bildirib ki, Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT MQ-nin həmsədr ölkələrindən olduğundan regionu silahlandırmaqla bölgədə vəziyyəti daha da gərginləşdirməməlidir.
Onun sözlərinə görə, əgər Rusiya münaqişə tərəflərini silahlandırırsa, deməli bölgədə gərginliyi artırır:”Bununla da Rusiya öz vasitəçilik missiyasını yerinə yetirmir. Vasitəçilik missiyasını yerinə yetirən ölkə bölgəni silahlandırmamalıdır. Mən hələ demirəm ki, Rusiya Ermənistanın strateji tərəfdaşıdır”.
Bununla belə erməni politoloq əlavə edib ki, Moskva tərəflərə silah sata bilər, ancaq bu ağır və hücum xarakterli silah olmamalıdır.
Gununses.info












